Bakı. 14 dekabr. REPORT.AZ/ Böyük Britaniya hökuməti deputatların tələbi əsasında "Brexit"lə bağlı Şimali İrlandiya məsələsində
“Report” TASS-a istinadən xəbər verir ki, Baş nazirin mətbuat katibi parlamentin istədiyi variantın axtarışına başlanıldığını açıqlayıb.
“Bu sazişin ölkəmiz üçün ən məqbul olduğuna əminik, bizim üçün zəruri qərarlar verə biləcəyik”, - deyə mətbuat katibi qeyd edib.
Baş nazir Tereza Mey isə bu günlərdə Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) zirvə görüşünün iştirakçıları ilə danışıqlarına əsaslanaraq, sammitin verdiyi qərarların daha sonra müzakirə edilə biləcəyini diqqətə çatdırıb.
“Aİ-nin London tərəfindən veriləcək hər hansı əlavə izahatları müzakirə etməyə hazır olmadığı barədə məlumatlar var. Odur ki, hələ bundan sonra da danışıqlar mümkündür”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki,