Britaniya hərbçilərinin olduğu sonuncu təyyarə Kabili tərk edib

Britaniya hərbçilərinin olduğu sonuncu təyyarə Kabili tərk edib Britaniya hərbçilərinin olduğu sonuncu təyyarə Əfqanıstanın paytaxtı Kabil aeroportunu tərk edib.
Digər ölkələr
29 Avqust , 2021 01:51
Britaniya hərbçilərinin olduğu sonuncu təyyarə Kabili tərk edib

Britaniya hərbçilərinin olduğu sonuncu təyyarə Əfqanıstanın paytaxtı Kabil aeroportunu tərk edib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbərində deyilir.

"Böyük Britaniyanın Silahlı Qüvvələrinin personalının son reysi Kabili tərk etdi. Mülki şəxsləri təxliyə etmək üçün belə cəsarətlə, böyük təzyiq altında, ağır şəraitdə işləyən hər kəsə təşəkkür edirik ", - xəbərdə deyilir.

Kabildə 1 000-ə yaxın Britaniya hərbçisi xidmət aparıb, onlar son iki həftə ərzində 15 min insanın təxliyəsinə kömək ediblər.

Daha əvvəl Böyük Britaniyanın Əfqanıstandakı səfiri Lori Bristou bildirib ki, krallıq mülki şəxslərin və hərbçilərin Asiya ölkəsindən çıxarılması əməliyyatını başa vurub. Onun sözlərinə görə, avqustun 13-dən etibarən Birləşmiş Krallıq hökuməti Əfqanıstandan təxminən 15 min mülki şəxsi və 1 000 hərbçini çıxarıb.

Son xəbərlər

Orphus sistemi