Britaniya etirazçıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb

Britaniya etirazçıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb XİN rəhbəri Boris Conson müvafiq bəyanatla çıxış edib
Digər ölkələr
2 Oktyabr , 2017 02:58
Britaniya etirazçıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Kataloniyada baş verən hadisələr fonunda etirazçıları İspaniya konstitusiyasına riayət etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter" mikrobloqunda yazıb.

"Kataloniyada referendum İspaniya hökuməti və xalqının öz işidir. Əsas odur ki, İspaniya konstitusiyasına riayət olunsun və qanun aliliyi qorunsun", — deyə o əlavə edib.

Bundan əlavə, Böyük Britaniyanın XİN rəhbəri qeyd edib ki, İspaniya Londonun tərəfdaş və müttəfiqidir.

Son xəbərlər

Orphus sistemi