Britaniya daha üç ölkə ilə hava əlaqəsini kəsdi

Britaniya daha üç ölkə ilə hava əlaqəsini kəsdi Böyük Britaniya koronavirusun mutasiyaya uğramış yeni formasına görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Burundi və Ruanda ilə hava nəqliyyatını dayandırıb.
Digər ölkələr
29 Yanvar , 2021 03:37
Britaniya daha üç ölkə ilə hava əlaqəsini kəsdi

Böyük Britaniya koronavirusun mutasiyaya uğramış yeni formasına görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Burundi və Ruanda ilə hava nəqliyyatını dayandırıb.

“Report”un məlumatına görə, bunu Krallığın nəqliyyat naziri Qrant Şepps özünün tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, Britaniyanın “qırmızı” siyahısına əlavə olunan Birləşmiş Ərəb Əmirlikləri, Burundi və Ruandadan tranzit daxil olmaqla, bu ölkələrdə olmuş insanların Böyük Britaniyaya səfəri qadağandır.

İngiltərə, İrlandiya və ölkədə yaşamaq hüququ olan digər ölkə vətəndaşları istisnadır. Lakin onlar da ölkəyə daxil olduqdan sonra 10 gün özünü təcrid etməlidir.

Son xəbərlər

Orphus sistemi