Britaniya Çinin casuslarını ərazisindən qovub

Britaniya Çinin casuslarını ərazisindən qovub Son 12 ay ərzində Böyük Britaniyanın hakimiyyəti Çinin özlərini “jurnalist” kimi qələmə vermiş üç casusunun ölkəsinə yollayıb.
Digər ölkələr
5 Fevral , 2021 06:38
Britaniya Çinin casuslarını ərazisindən qovub

Son 12 ay ərzində Böyük Britaniya hakimiyyəti Çinin özlərini “jurnalist” kimi qələmə vermiş üç casusunu ərazisindən çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbələrə istinadən “Telegraph” qəzeti yazıb.

Bildirilir ki, Çinin üç müxtəlif mətbu orqanının əməkdaşı kimi Britaniyaya gəlmiş üç vətəndaşı əslində həmin ölkənin Dövlət Təhlükəsizlik Nazirliyinin ştatına daxildirlər.

Nəşrin məlumatına görə, "jurnalistlər"in kimliyi "MI5" (Britaniya əks-kəşfiyyatı-red) əməkdaşları tərəfindən üzə çıxarılıb, onlar bundan sonra ölkəni tərk etməyə məcbur ediliblər.

Qəzet bildirib ki, Britaniya hökuməti casusluq haqqında qanunvericiliyi yenidən nəzərdən keçirmək niyyətindədir. Qanun sərtləşdirilmiş və genişləndirilmiş düzəlişlərlə parlamentin müzakirəsinə daxil ediləcək. Britaniya parlamentinin növbəti sessiyası mayda başlayacaq.

İngilis versiyası Britain expels Chinese spies

Son xəbərlər

Orphus sistemi