Britaniya "Challenger 2" tanklarının Ukraynaya təhvil veriləcəyi tarixi açıqlayıb

Britaniya "Challenger 2" tanklarının Ukraynaya təhvil veriləcəyi tarixi açıqlayıb "Böyük Britaniya "Challenger 2" tanklarını martın sonunda Ukraynaya təhvil verəcəyinə ümid edir".
Digər ölkələr
26 Yanvar , 2023 17:19
Britaniya Challenger 2 tanklarının  Ukraynaya təhvil veriləcəyi tarixi açıqlayıb

"Böyük Britaniya "Challenger 2" tanklarını martın sonunda Ukraynaya təhvil verəcəyinə ümid edir".

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyindən bildirilib.

“Biz bunun martın sonunda olacağını planlaşdırırıq. Həmin vaxtadək Ukrayna hərbçiləri tankların istismarı və texniki xidməti üzrə intensiv təlim keçəcəklər", - məlumatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 14-də Böyük Britaniyanın Baş naziri Rişi Sunak Prezident Volodimir Zelenski ilə telefon danışığında Ukraynaya “Challenger 2” tankları, eləcə də əlavə artilleriya sistemləri verəcəyini rəsmən təsdiqləyib.

Ukrayna ekipajları yaxın vaxtlarda Britaniyada “Challenger 2” tankları üzrə təlimlərə başlamalıdır. Hazırlıq kursunda 60-a yaxın hərbçi iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi