Britaniya baş nazirinin Çinə rəsmi səfəri başlayıb

Britaniya baş nazirinin Çinə rəsmi səfəri başlayıb Bakı. 31 yanvar. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey Çinə rəsmi səfər edib.
Digər ölkələr
31 yanvar 2018 01:56
Britaniya baş nazirinin Çinə rəsmi səfəri başlayıb
Foto: Rutwi.ru

Bakı. 31 yanvar. REPORT.AZ/ Britaniyanın baş naziri Tereza Mey Çinə rəsmi səfər edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, baş nazir Mərkəzi Çinin Hubey vilayətinin Uxan şəhərinə gəlib. Britaniya hökumətinin rəhbəri Çinə 3 günlük səfəri çərçivəsində bu ölkə rəhbərliyinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Səfərin əsas məqsədi ikitərəfli ticarətin fəallaşdırılması və optimallaşdırılması məsələləri ilə bağlı danışıqlar aparmaqdır.

Son xəbərlər

Orphus sistemi