Britaniya, Almaniya, ABŞ və Fransa İranı Yəmənə silah tədarükündə ittiham edib

Britaniya, Almaniya, ABŞ və Fransa İranı Yəmənə silah tədarükündə ittiham edib Bakı. 28 fevral. REPORT.AZ/ Böyük Britaniya, Almaniya, Birləşmiş Ştatlar və Fransa çərşənbə axşamı İranı Yəmən üsyançılarına silah tədarük etməkdə ittiham edərək, Tehrandan bu hərəkətlərə son qoymağı tələb ediblər.
Digər ölkələr
28 Fevral , 2018 05:52
Britaniya, Almaniya, ABŞ və Fransa İranı Yəmənə silah tədarükündə ittiham edib

Bakı. 28 fevral. REPORT.AZ/ Böyük Britaniya, Almaniya, Birləşmiş Ştatlar və Fransa çərşənbə axşamı İranı Yəmən üsyançılarına silah tədarük etməkdə ittiham edərək, Tehrandan bu hərəkətlərə son qoymağı tələb ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, dörd ölkə birgə bəyanatda BMT Təhlükəsizlik Şurasının qərarlarını pozan hərəkətlərin regionda vəziyyəti gərginləşdirə biləcəyini söyləyiblər.

Yəmənə qarşı tətbiq olunan silah embarqosunun pozulmasında İranın iştirakı BMT ekspertlər qrupunun hazırladığı son hesabatda yer alıb. Bu ittiham Yəmən qiyamçılarının ötən ilin noyabrında Ər-Riyada atdıqları ballistik raket parçalarının təhlilindən sonra ortaya çıxıb. İslam respublikası bu ittihamları rədd edir.

Son xəbərlər

Orphus sistemi