​Britaniya 7 mindən çox vətəndaşını Misirdən çıxarıb

​Britaniya 7 mindən çox vətəndaşını Misirdən çıxarıb Noyabrın 9-da Şarm-əş-Şeyx hava limanlarından 2,3 min britaniyalının olduğu 11 təyyarə uçub
Digər ölkələr
10 Noyabr , 2015 04:58
​Britaniya 7 mindən çox vətəndaşını Misirdən çıxarıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Böyük Britaniya 7 min 473 vətəndaşını Misirin Şarm-əş-Şeyx kurortundan çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidməti "Twitter"də məlumat yayıb.

Diplomatlar noyabrın 9-da Şarm-əş-Şeyx hava limanlarından göyərtəsində 2,3 min britaniyalının olduğu 11 təyyarənin uçduğunu əlavə edirlər.

Qeyd olunur ki, çevik xidmətlər və səfirliyin təxminən 70 əməkdaşı hava limanlarında turistlərə köməklik göstərir. 

Son xəbərlər

Orphus sistemi