"Brexit" üzrə danışıqlar fevralın 5-də Londonda keçiriləcək

"Brexit" üzrə danışıqlar fevralın 5-də Londonda keçiriləcək Bakı. 2 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxış məsələləri üzrə naziri Devid Devis və Aİ-nin Brexit üzrə danışıq aparan əsas nümayəndəsi Mişel Barnye fevralın 5-də Londonda Böyük Britaniyanın Avropa İttifaqındakı üzvlüyünün dayandırılması şərtlərini müzakirə edəcək.
Digər ölkələr
2 Fevral , 2018 17:22
Brexit üzrə danışıqlar fevralın 5-də Londonda keçiriləcək

Bakı. 2 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxış məsələləri üzrə naziri Devid Devis və Aİ-nin "Brexit" üzrə danışıq aparan əsas nümayəndəsi Mişel Barnye fevralın 5-də Londonda Böyük Britaniyanın Avropa İttifaqındakı üzvlüyünün dayandırılması şərtlərini müzakirə edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə D.Devis "Twitter" səhifəsində yazıb.

"Bu, Böyük Britaniya və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq qurmaq üçün işlərimizdə mühüm növbəti addımdır", - o yazıb.

Qeyd edək ki, bu gün Birləşmiş Krallığın baş naziri Tereza Mey BBC-yə müsahibəsində Böyük Britaniyanın Aİ ilə martın ikinci yarısında "Brexit"dən sonra keçid dövrünün şərtləri üzrə saziş imzalayacağına əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi