Böyük Britaniyanın ictimai xadimləri: "Brexit" ilə bağlı təkrar referendum keçirilsin"

Böyük Britaniyanın ictimai xadimləri: "Brexit" ilə bağlı təkrar referendum keçirilsin" Bakı. 17 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey və Leyboristlər Partiyasının sədri Ceremi Korbin ölkənin Avropa İttifaqı üzvlüyünü tərk etməsinə dair ikinci referendum keçirmək haqqında tanınmış ictimai xadimlər və iş adamları olan 172 nəfərin imzaladığı məktub alıblar.
Digər ölkələr
17 Yanvar , 2019 14:19
Böyük Britaniyanın ictimai xadimləri: Brexit ilə bağlı təkrar referendum keçirilsin
РИА "Новости"

Bakı. 17 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Tereza Mey və Leyboristlər Partiyasının sədri Ceremi Korbin ölkənin Avropa İttifaqı üzvlüyünü tərk etməsinə dair ikinci referendum keçirmək haqqında tanınmış ictimai xadimlər və iş adamları olan 172 nəfərin imzaladığı məktub alıblar.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, müəlliflər arasında dizayner Terens Konran, memar Norman Foster, təbabət və fiziologiya sahəsində Nobel mükafatı sahibi Pol Nersin də olduğu məktubda deyilir: “Bizim "Brexit"dən çıxmağımızla bağlı saat tez taqqıldadığına görə siyasətçilər daha xülyalara vaxt sərf etməsinlər. İki əsas partiyanın liderlərini xalq səsverməsini dəstəkləməyə çağırırıq”.

Qeyd edək ki, maliyyə naziri Filip Hammond ölkə işgüzar dairələrinin əsas təmsilçiləri ilə danışıqlar aparıb.

Ötən gün parlamentin İcmalar Palatasında müxalif Leyboristlər Partiyası tərəfindən təqdim olunan hökumətə etimadsızlıq votumu qəbul olunmayıb.

Son xəbərlər

Orphus sistemi