Böyük Britaniya "Brexit" üçün Aİ-yə 47,5 milyard avro ödəməkdən imtina edir

Böyük Britaniya "Brexit" üçün Aİ-yə 47,5 milyard avro ödəməkdən imtina edir Böyük Britaniya hökuməti Avropa İttifaqı üzvlüyünə xitam verdiyi üçün bu təşkilata ödəyəcəyi vəsaitin onlara “oxunan” 47,5 milyard avroluq məbləğilə razılaşmır.
Digər ölkələr
114
9 İyul , 2021 18:56
Böyük Britaniya Brexit üçün Aİ-yə 47,5 milyard avro ödəməkdən imtina edir

Böyük Britaniya hökuməti Avropa İttifaqı üzvlüyünə xitam verdiyi üçün bu təşkilata ödəyəcəyi vəsaitin 47,5 milyard avro olması ilə razılaşmır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə Baş naziri ofisinin nümayəndəsi bildirib.

“Avropa İttifaqının daxili işləri üçün hesablarını əks etdirən bu məbləği qəbul etmirik. Orada Aİ-nin Böyük Britaniyaya qaytaracağı vəsaitlər barədə məlumat yoxdur” – deyən hökumət rəsmisi “Brexit” üçün ödəyəcəkləri vəsaiti 35-39 milyard avro müəyyən etdiklərini qeyd edib.

Son xəbərlər

Orphus sistemi