Yuxarı
    Bağlamaq

    "Brexit" əleyhdarları Londonda nümayiş keçirib

    Nümayiş İcmalar palatasında keçirilməli olan səsverməyə həsr olunub

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının (Brexit) əleyhinə olan minlərlə etirazçı bu gün London küçələrinə çıxıblar.

    "Report" xəbər verir ki, "Avropa naminə xalq yürüşü" adlandırılan aksiyanın iştirakçıları Trafalqar meydanından keçərək öz narazılıqlarını bildirmək üçün Britaniya Nazirlər Kabinetinin rəhbəri Tereza Meyin Dauninq-stritdəki iqamətgahı qarşısına toplaşıblar.

    Nümayişçilər daha sonra Parlament meydanına toplaşmaq niyyətindədirlər.

    Nümayiş bazar ertəsi İcmalar palatasında keçirilməli olan səsverməyə həsr olunub. Səsvermə Böyük Britaniya ərazisində Aİ qanunvericiliyinin fəaliyyətini ləğv edən qanun layihəsi ilə bağlı olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi