ABŞ-ın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib

ABŞ-ın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib Bakı. 23 dekabr. REPORT.AZ/ Vaşinqtonun İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqerk vəzifəsindən istefa verib.
Digər ölkələr
23 Dekabr , 2018 00:58
ABŞ-ın İŞİD-ə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib

Bakı. 23 dekabr. REPORT.AZ/ Vaşinqtonun İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqerk vəzifəsindən istefa verib.

Bu barədə "Report" CBS telekanalına istinadən xəbər verir.

Telekanalın mənbəyə istinadən yaydığı məlumata görə, buna səbəb onun ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə razılaşmaması olub. Makqerk əvvəlcə vəzifəsindən 2019-cu ilin fevralında getmək fikrində olub. Lakin sonradan fikrini dəyişərək, bu barədə dövlət katibi Mayk Pompeonu məlumatlandırmaqla tutduğu postdan getmək qərarına gəlib. Bununla belə, onun səlahiyyətlərinə dekabrın 31-də xitam veriləcək. Güman edilir ki, Makqerk sonrakı karyerasını Stenford universitetində davam etdirəcək.

Mənbə bildirib ki, Mekqerk ABŞ-ın qoşunlarını Suriyadan çıxarmasını Birləşmiş Ştatların müttəfiqlərinə qarşı satqınlıq hesab edir. 

ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr məşğul olacaq.

Son xəbərlər

Orphus sistemi