Bakı. 24 yanvar. REPORT.AZ/ Braziliyanın kurort şəhəri Quarujadakı otellərdən birində baş verən partlayış nəticəsində ən azı 2 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti məlumat yayıb.
"Folha de Sao Paulo" nəşrinin məlumatına görə, partlayışa qaz sızması səbəb olub. Baş verən yanğın artıq söndürülüb.