Yuxarı
    Bağlamaq

    Braziliyanın keçmiş prezidenti korrupsiya işinə görə məhkum edilib

    Silva çirkli pulların yuyulmasında təqsirli bilinib© Foto: Lainfo.es

    Bakı. 12 iyul. REPORT.AZ/ Sabiq Braziliya prezidenti Lula Da Silva korrupsiyaya dair iş üzrə məhkum edilib. Silva çirkli pulların yuyulmasında təqsirli bilinib.

    "Report" xəbər verir ki, sabiq dövlət başçısı 9 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

    Bu qərar Silvanın yaxın vaxtlarda həbsə salınacağı anlamına gəlmir. Silva Braziliya qanunlarına əsasən, apellyasiya şikayəti verəcəyi təqdirdə, ikinci instansiya məhkəməsinin ittiham hökmünü təsdiqləməsinə qədər azadlıqda qalacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi