Braziliyanın hazırkı prezidenti Dilma Russef ikinci müddətə seçilib

Braziliyanın hazırkı prezidenti Dilma Russef ikinci müddətə seçilib Ona təxminən 51,5% seçicilər səs verib
Digər ölkələr
27 Oktyabr , 2014 15:54
Braziliyanın hazırkı prezidenti Dilma Russef ikinci müddətə seçilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Braziliyanın hazırkı prezidenti Dilma Russef indiki vəzifəsinə daha dörd il müddətinə seçilib.

Bu barədə "Report" Euronews-a istinadən xəbər verir.

Seçki komissiyasının məlumatına əsasən, ikinci turda seçicilərin 51,5%-i indiki prezidentə səs verib.

D.Russefin qələbəsini ölkənin Ali Seçki Məhkəməsi təsdiq edib. 

Qələbə çıxışında Dilma Russef həmvətənlərini "ölkənin və xalqın maraqları naminə dialoq və birliyə" çağırıb. Yenidən seçilən prezident hakimiyyətin bütün sahələrinin iş effektivliyini artırmaq üçün siyasi islahatların keçirilməsinə söz verib.  

Qeyd edək ki, D.Russefin ikinci turdakı rəqibi - Braziliyanın Sosial-Demokrat partiyasının sədri Aesiu Neviş təxminən 48,5% səs toplayıb.

O, bülletenlərin hesablanması zamanı öz məğlubiyyətini etiraf edib. 

Son xəbərlər

Orphus sistemi