Braziliyada zavodda baş verən partlayışda 4 nəfər ölüb

Braziliyada zavodda baş verən partlayışda 4 nəfər ölüb Braziliyanın Boa-Vista şəhərində yerləşən qaz zavodunda baş verən partlayışda dörd nəfər ölüb.
Digər ölkələr
16 Oktyabr , 2019 05:25
Braziliyada zavodda baş verən partlayışda 4 nəfər ölüb

Braziliyanın Boa-Vista şəhərində yerləşən qaz zavodunda baş verən partlayışda dörd nəfər ölüb.

“Report”un məlumata görə, bu barədə “G1” nəşri yazıb.

Qeyd olunub ki, partlayışda daha iki nəfər yaralanıb. Ölən şəxslər balonların doldurulması ilə məşğul olublar.

Polis yerli sakinlərin ən azı üç partlayış eşitdiyini söyləyib. Hadisənin səbəbi müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi