Bakı. 14 mart. REPORT.AZ/ Üç milyona yaxın insan Braziliya prezidenti Dilma Rusefin istefası tələbi ilə keçirilən korrupsiya əleyhinə etiraz aksiyalarına qoşulub.
"Report" BBC-yə istinadən xəbər verir ki, ən iri miqyaslı aksiya San-Paulu şəhərində baş tutub. 1.4 milyon insanın iştirak etdiyi mitinqə oxşar askiyalar ölkənin 150 şəhər və qəsəbəsində təşkil olunub.
Vətəndaşlar "Petrobras" dövlət neft şirkəti ətrafında davam etməkdə olan korrupsiya qalmaqalından narahatdır.
Lakin Dilma Rusef artıq bəyan edib ki, istefa vermək niyyətində deyil.