Braziliyada yük avtomobili avtobusla toqquşub, hərbçilər ölüb

Braziliyada yük avtomobili avtobusla toqquşub, hərbçilər ölüb Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında ağır yol qəzasında 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
Digər ölkələr
29 mart 2022 03:00
Braziliyada yük avtomobili avtobusla toqquşub, hərbçilər ölüb

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında ağır yol qəzasında 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

İdarəetməni itirən taxta daşıyan yük avtomobilinin sürücüsü qarşı zolağa çıxıb və avtobusla toqquşub. Zərbədən yük avtomobili aşıb, daha sonra minik avtomobili və mikroavtobus da ona çırpılıb.

Yol qəzasında həlak olan dörd nəfər IX kəşfiyyat alayının hərbi qulluqçuları olub.

Son xəbərlər

Orphus sistemi