Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub

Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub Hazırda əraziyə təhlükəsizlik qüvvələri yeridilib
Digər ölkələr
22 Noyabr , 2016 22:22
Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub

Bakı. 22 noyabr. REPORT.AZ/ Braziliyada yerli xalqların nümayəndələri prezident sarayı Planaltunun bir hissəsini tutub.

"Report"un məlumatına görə, bu barədə "Brasil de Fato" portalı xəbər verib.

Məlumata görə, prezident sarayının bir hissəsi çərşənbə axşamı etiraz aksiyasının gedişatında ölkənin yerli xalqlarının nümayəndələri tərəfindən tutulub. Yüzlərlə hindi, balıqçı və maron etnik qrupunun üzvləri onların həyat tərzinə, müasir kənd təsərrüfatına və sənayeyə təhlükə yarandığını bildirərək buna etiraz edirlər

"France Presse"nin məlumatına görə, hazırda Planaltu ərazisinə təhlükəsizlik qüvvələri yeridilib. Hələlik sarayın azad edilməsi barədə əməliyyatın başlanması haqqında informasiya yoxdur.

Son xəbərlər

Orphus sistemi