Braziliyada həbsxanada qiyam zamanı ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB

Braziliyada həbsxanada qiyam zamanı ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB İğtişaşlar “Alkasus” türməsində başlayıb və hazırda davam edir
Digər ölkələr
15 Yanvar , 2017 09:08
Braziliyada həbsxanada qiyam zamanı ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 15 yanvar. REPORT.AZ/ Braziliyanın Riu-Qrandi-du-Norti ştatındakı həbsxanada qiyam zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı ölkənin hökumət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, hüquq-mühafizə orqanları həbsxananın giriş və çıxışını bağlayıblar. Qeyd edək ki, həbsxanada qiyam naməlum şəxslərin həbsxanaya çöl divarından silah atmalarından sonra başlayıb.


***04:49

Braziliyanın Riu-Qrandi-du-Norti ştatındakı həbsxanada qiyam zamanı ən azı 5 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

İğtişaşlar “Alkasus” türməsində başlayıb və hazırda davam edir. Qeyd olunur ki, orada təqribən 1,2 min dustaq saxlanılır ki, bu da onun tutumundan iki dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi