​Braziliyada turist avtobusu aşıb, 14 nəfər ölüb

​Braziliyada turist avtobusu aşıb, 14 nəfər ölüb Avtobusda təqribən 50 sərnişin olub
Digər ölkələr
7 sentyabr 2015 02:26
​Braziliyada turist avtobusu aşıb, 14 nəfər ölüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Ötən gün Rio-de-Janeyro ştatının Parati bələdiyyə şossesində turistləri daşıyan avtobus aşıb.

"Report" TASS-a istinadən xəbər verir ki, nəqliyyat vasitəsində təqribən 50 sərnişin olub.

Qəza nəticəsində ən azı 14 nəfər həlak olub, təqribən 30 nəfər yaralanıb. Yaralılar xəstəxanalara aparılıb. Faktla bağlı araşdırmaya başlanılıb. İlkin məlumatlara görə, nəqliyyat vasitəsinin əyləc sisteminin xarab olması ehtimal olunur.

Hazırda qəzanın səbəbləri öyrənilir.

Son xəbərlər

Orphus sistemi