Braziliyada COVID-19-a 40 minə yaxın yeni yoluxma qeydə alındı

Braziliyada COVID-19-a 40 minə yaxın yeni yoluxma qeydə alındı Braziliyada son sutkada koronavirusa 39 mindən çox yeni yoluxma aşkarlanıb.
Digər ölkələr
24 İyun , 2020 03:37
Braziliyada COVID-19-a 40 minə yaxın yeni yoluxma qeydə alındı

Braziliyada son sutkada koronavirusa 39 mindən çox yeni yoluxma aşkarlanıb.

"Report“ RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son sutka ərzində Cənubi Amerika ölkəsində təhlükəli infeksiyaya 39 436 yeni yoluxma qeydə alınıb. Bununla da Braziliyada koronavirusa yoluxma hallarının sayı 1 145 906 nəfərə çatıb.

Ötən gün COVID-19-dan daha 1 374 ölüm qeydə alınıb. Pandemiya ərzində koronavirusdan ölənlərin sayı 52 645 nəfərə yüksəlib. 

Xatırladaq ki, Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ABŞ-dan sonra ikincidir. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi