Braziliyada son sutkada COVID-19-a 38 min insan yoluxub

Braziliyada son sutkada COVID-19-a 38 min insan yoluxub Braziliyanın Səhiyyə Nazirliyi son sutka ərzində koronavirusa yeni 38 min yoluxmanın aşkarlanması barədə bildirib.
Digər ölkələr
5 İyul , 2020 03:02
Braziliyada son sutkada COVID-19-a 38 min insan yoluxub

Braziliyanın Səhiyyə Nazirliyi son sutka ərzində koronavirusa yeni 38 min yoluxmanın aşkarlanması barədə bildirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, ötən gün ölkədə ölüm hallarının sayı 1 000-dən çox artıb.

Məlumata əsasən, son 24 saat ərzində COVID-19-a 37 923 yoluxma qeydə alınıb. Bununla da Cənubi Amerika ölkəsində virusa yoluxanların ümumi sayı 1 577 004 nəfərə çatıb.

Ötən gün Braziliyada COVID-19-dan daha 1 091 nəfər ölüb. Bununla da pandemiya qurbanlarının sayı 64 265 nəfərə yüksəlib.

Son xəbərlər

Orphus sistemi