Braziliyada son sutkada COVID-19-a 20,2 min yoluxma aşkarlandı

Braziliyada son sutkada COVID-19-a 20,2 min yoluxma aşkarlandı Braziliyada son bir gündə koronavirusa yoluxanların sayı 20&286 nəfər artıb.
Digər ölkələr
14 İyul , 2020 03:22
Braziliyada son sutkada COVID-19-a 20,2 min yoluxma aşkarlandı
0 : 00
0 : 00

Braziliyada son bir gündə koronavirusa yoluxanların sayı 20 286 nəfər artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, Braziliyada infeksiyaya yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 1 884 967-ə çatıb. Ölkədə virusa  yoluxmuş ümumilikdə 72 833 pasiyent ölüb, son 24 saat ərzində daha 733 nəfər pandemiyanın qurbanı olub.

Nazirlik qeyd edib ki, ölkədə 1,1 milyondan çox pasiyent sağalıb.

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkə eləcə də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi