Yuxarı

​Braziliyada şimşək dörd nəfərin həyatına son qoydu

Hadisə Praya-Qrandi şəhərində baş verib

Bakı. 30 dekabr. REPORT.AZ/ Braziliyanın San-Paulu ştatında baş verən güclü ildırım çaxması bədbəxt hadisə ilə nəticələnib.

"Report"un məlumata görə, hadisə zamanı 8 nəfəri ildırım vurub. Onlardan dörd nəfəri həlak olub, dörd nəfər isə xəsarət alıb.

Sözügedən hadisə Praya-Qrandi şəhərində baş verib. Şahidlərin sözlərinə görə, zərərçəkənlər çimərlikdə istirahət edən şəxslər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi