Yuxarı

​Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb

Polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır

Bakı. 30 iyul. REPORT.AZ/ Braziliyada silahlı şəxs 5 nəfəri girov götürüb.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə ölkənin qərbində yerləşən San-Paulu şəhərində, cinayətkar qrup üzvlərinin yaxınlıqdakı mağazanı qarət etmək istəyərkən baş verib. Polis cinayətkarları hadisə yerindəcə izinə düşüb. Bundan sonra atışma başlayıb.

Quldurlardan 5-i qaçıb, 1-i isə yaxınlıqdakı kafeyə daxil olaraq kafenin işçilərini və müştərilərini girov görürüb.

Məlumata görə, girov götürülənlərdən ikisi kişi və üçü isə qadındır.

Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi