Braziliyada sabiq prezidentin maşın karvanı atəşə tutulub

Braziliyada sabiq prezidentin maşın karvanı atəşə tutulub İki avtobusa ziyan dəyib, xəsarət alan olmayıb
Digər ölkələr
872
28 Mart , 2018 03:58
Braziliyada sabiq prezidentin maşın karvanı atəşə tutulub

Bakı. 28 mart. REPORT.AZ/ Braziliyada naməlum şəxslər ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanın maşın karvanını atəşə tutublar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"Sabiq prezident Lulanın avtomobil karvanı ölkənin cənubunda - Kedas-du-İquasu və Laranceyras-du-Sul şəhərləri arasında polis müşayiəti olmadan hərəkət zamanı yenicə ən azı üç dəfə atəşə tutulub. İki avtobusa ziyan dəyib, xəsarət alan olmayıb", - deyə məlumatda bildirilir.

Orphus sistemi