Braziliyada rüşvətlə bağlı veriliş aparan jurnalist canlı yayımda öldürülüb

Braziliyada rüşvətlə bağlı veriliş aparan jurnalist canlı yayımda öldürülüb Qətlə yetirilən jurnalist siyasətçilərin rüşvət qalmaqalı ilə bağlı çoxlu sayda araşdırmaların müəllifidi
Digər ölkələr
7 Avqust , 2015 14:30
Braziliyada rüşvətlə bağlı veriliş aparan jurnalist canlı yayımda öldürülüb

Bakı. 7 avqust. REPORT.AZ/ Braziliyada rüşvət və korrupsiya əleyhinə veriliş aparan jurnalist canlı yayımda öldürülüb. "Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Braziliyanın şimal-şərq bölgəsində yerli radioda bəzi siyasətçilərin rüşvət qalmaqallarını canlı yayımda açıqlayan Qleydson Carvalho adlı jurnalisti proqram zamanı studiyaya girən iki nəfər güllələyib. Jurnalist hadisə yerində ölüb. Cinayəti törədənlər isə hadisə yerindən qaçıblar.

Qeyd edək ki, öldürülən jurnalist siyasətçilərin rüşvət qalmaqalı ilə bağlı çoxlu sayda araşdırmaların müəllifidir. Dəfələrlə sosial şəbəkələrdə jurnalist ölümlə təhdid edilib. Artıq cinayətkarların tapılması üçün insanlar polisə müraciət ediblər. 

Son xəbərlər

Orphus sistemi