Braziliyada prezidentin istefası tələbi ilə kütləvi nümayişlər keçirilir

Braziliyada prezidentin istefası tələbi ilə kütləvi nümayişlər keçirilir Etirazlar ölkənin 10-dan çox şəhərində müşahidə olunur
Digər ölkələr
19 May , 2017 17:18
Braziliyada prezidentin istefası tələbi ilə kütləvi nümayişlər keçirilir

Bakı. 19 may. REPORT.AZ/ Braziliyada minlərlə insan Prezident Mişel Temerin istefasını və ümumi seçki keçirilməsi tələb ilə etiraza başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, etirazlar ölkənin 10-dan çox şəhərində müşahidə olunur. Ən böyükmiqyaslı nümayişlər Rio de Janeyro, San Paulu və paytaxt Braziliyada keçirilib.

Qeyd edək ki, Braziliya Ali Məhkəməsi "Globo" portalında yayılan səs yazısından sonra deputatlardan birinin xahişi əsasında ölkə Prezidenti Mişel Temerə qarşı istintaqın başlanılmasını təsdiq edib. Yayılan səs yazısında M.Temer "Petrobras" neft şirkəti ətrafındakı korrupsiya işi ilə əlaqədar susması qarşılığında Deputatlar Palatasının keçmiş rəhbəri Eduardu Kunyaya 630 min dollar ödənilməsinə tapşırıq verir. 

Dövlət başçısı ittihamları rədd edir və istefa verməyəcəyini bildirir. Amma Sosialist Partiyasını təmsil edən Braziliyanın müdafiə və mədəniyyət nazirləri yaranmış qalmaqal fonunda istefa veriblər.

Son xəbərlər

Orphus sistemi