Braziliya polisi ölkə prezidenti Jair Bolsonaruya hücum etməyə hazırlaşan şəxsi yaxalayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verirki, bu barədə hüquq-mühafizə orqanları bildirib.
Qeyd edilir ki, o, Bolsonarunun silahlı qüvvələrin çavuş hazırlayan məktəbinə səfəri zamanı saxlanılıb. Prezidentə hücum hazırlığında ittiham olunan şəxs bu müəssisədə işləyib.
Saxlanılan şəxsi 3 ildən 10 ilə qədər həbs cəzası gözləyir.