Braziliyada polisin xüsusi əməliyyatı zamanı onlarla insan öldürülüb

Braziliyada polisin xüsusi əməliyyatı zamanı onlarla insan öldürülüb Braziliyanın hüquq-mühafizə orqanları əməkdaşlarının Rio-de-Janeyroda keçirdiyi xüsusi əməliyyat nəticəsində azı 21 nəfər ölüb.
Digər ölkələr
25 May , 2022 04:06
Braziliyada polisin xüsusi əməliyyatı zamanı onlarla insan öldürülüb

Braziliyanın hüquq-mühafizə orqanları əməkdaşlarının Rio-de-Janeyroda keçirdiyi xüsusi əməliyyat nəticəsində azı 21 nəfər ölüb.

“Report” “Globo” telekanalına istinadən xəbər verir ki, ştatın hərbi polisinin xüsusi təyinatlıları ilə federal polisin meqapolisin şimalında birgə əməliyyat tədbirləri çərşənbə axşamı səhər tezdən başlayıb və hələ də davam edir. Onların məqsədi ölkənin ən böyük mütəşəkkil cinayətkar qruplaşmalarından biri olan “Comando Vermlho”nun yerli liderlərini ələ keçirməkdir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, mütəşəkkil cinayətkar dəstənin liderlərinin gizləndiyi gecəqondu ərazisinə basqın nəticəsində quldur dəstəsinin üzvü olduğu ehtimal edilən 12 nəfər məhv edilib. Öldürülən daha səkkiz nəfərin şəxsiyyəti hələ müəyyən olunmayıb.

KİV-in məlumatına görə, 41 yaşlı yerli sakin də xüsusi əməliyyatın təsadüfi qurbanı olub, atışma zamanı daha 5 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi