Braziliyada penitensiar böhranı həll etmək üçün 30 həbsxana tikiləcək

Braziliyada penitensiar böhranı həll etmək üçün 30 həbsxana tikiləcək Onların inşasına 300 milyon dollardan çox vəsait ayrılacaq
Digər ölkələr
17 Yanvar , 2017 05:17
Braziliyada penitensiar böhranı həll etmək üçün 30 həbsxana tikiləcək

Bakı. 17 yanvar. REPORT.AZ/ Braziliya prezidenti Mişel Temer həddindən artıq yüklənən həbsxanaların işinin asanlaşdırılması üçün ölkədə təqribən 30 yeni penitensiar müəssisə tikmək niyyətindədir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, yeni türmələrin inşasına 300 milyon dollardan çox vəsait ayrılacaq.

Onlardan beşi ən yüksək müdafiə sisteminə malik olacaq. Burada ən təhlükəli cinayətkarlar saxlanılacaq.

Bu qərar həbsxanaların ikiqat yükləndiyi Braziliyada penitensiar sistem böhranının həlli üzrə təcili tədbirlərin biridir.

Son xəbərlər

Orphus sistemi