Yuxarı

Braziliyada on minlərlə insan hakimiyyət dəyişikliyinə etiraz əlaməti olaraq küçələrə çıxıb

San Paulu şəhərində keçirilən aksiyada 50 min nəfər iştirak edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Braziliyada minlərlə insan hakimiyyət dəyişikliyinə etiraz əlaməti olaraq yenidən küçələrə axışıb.

"Report"un məlumatına görə, bu barədə "Globo" telekanalı xəbər yayıb. 

Telekanalın məlumatında bildirilir ki, on minlərlə insan eks-prezident Dilma Russeffin impiçmentinə narazılıqlarını ifadə etmək üçün kütləvi etiraz aksiyası keçirib.

Ən böyük aksiyalar San-Paulu və Rio-de-Janeyro şəhərlərində keçirilib. Aksiyalar həmçinin Braziliyanın paytaxtında da təşkil olunub. Etirazçılar Cənubi Amerikanın ən böyük ölkəsinin yeni prezidenti Mişel Temeranın istefaya getməsi tələbini irəli sürüblər. Onlar aksiyalarda "Dövlət çevrilişinə yox" şüarlarını səsləndiriblər.

Aksiyanın təşkilatçılarının sözlərinə görə, San Paulu şəhərində keçirilən kütləvi etiraz aksiyasında 50 min, Rio-de-Janeyrodakı mitinqlərdə 2 min nəfər iştirak edib. Mitinqlərlə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Ölkənin Çində səfərdə olan hazırkı prezidenti isə aksiyaların iştirakçılarının sayının az olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi