Braziliyada mağarada uçqun nəticəsində 9 yanğınsöndürən həlak olub

Braziliyada mağarada uçqun nəticəsində 9 yanğınsöndürən həlak olub Braziliyanın San-Paulu ştatında mağarada baş verən uçqun nəticəsində bir neçə yanğınsöndürən həlak olub.
Digər ölkələr
1 Noyabr , 2021 03:38
Braziliyada mağarada uçqun nəticəsində 9 yanğınsöndürən həlak olub

Braziliyanın San-Paulu ştatında mağarada baş verən uçqun nəticəsində bir neçə yanğınsöndürən həlak olub.

“Report” xəbər verir ki, bu barədə bölgənin yanğınsöndürmə idarəsi tviterdə məlumat yayıb.

"9 nəfər həlak olub, 1 nəfər xilas edilərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ərazidə başqa zərərçəkənlər qalmayıb", - xəbərdə deyilir.

İtambe mağarasının çökməsi yanğınsöndürənlər içəridə təlim keçərkən baş verib. Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, təlimlərdə 28 nəfər iştirak edib.

Son xəbərlər

Orphus sistemi