Yuxarı

Braziliyada leysan yağışları qurbanlarının sayı 18 nəfərədək artıb

Faciələrin əksəriyyəti yoxsulların yaşadıqları rayonlarda baş verir

Bakı. 12 mart. REPORT.AZ/ Braziliyanın San-Paulu ştatında bütün həftəni aramsız davam edən leysan yağışları qurbanlarının sayı 18 nəfərə çatıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, faciələrin əksəriyyəti yoxsulların yaşadıqları rayonlarda baş verir. Burada evlər inşaat normalarına riayət edilmədən tikilir. Torpaq yuyulub aparıldığına görə bu cür tikililər asanlıqla dağılır və öz sakinlərini uçuqlar altında qoyur.

Milli Meteorologiya İnstitutunun məlumatına görə, San-Paulu ştatında yaxın 15 gün ərzində yağışlar davam edərək, sürüşmələrə səbəb olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi