Braziliyanın San-Paulu ştatında leysan yağışlar nəticəsində azı 9 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ştat qubernatoru Juan Doria “Twitter”dəki səhifəsində yazıb.
O, ölənlər arasında yanğın xidmətinin əməkdaşının da olduğunu qeyd edib.
Təbii fəlakət səbəbindən Santos şəhərində bir nəfər də itkin düşüb.