Braziliyada koronavirusdan ölənlərin sayı 4,5 mini ötüb

Braziliyada koronavirusdan ölənlərin sayı 4,5 mini ötüb Braziliyada koronavirusa yoluxanların sayı 66 min nəfəri ötüb.
Digər ölkələr
28 Aprel , 2020 01:39
Braziliyada koronavirusdan ölənlərin sayı 4,5 mini ötüb

Braziliyada koronavirusa yoluxanların sayı 66 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində 4 613 nəfərdə yeni növ koronavirusa yoluxma halı təsdiqlənib.

Bununla da, COVID-19 daşıyıcılarının sayı 66 501-ə çatıb.

Virusun yaratdığı xəstəlikdən ölənlərin sayı son gün ərzində 338 nəfər artaraq 4 543-ə çatıb.

Yoluxanların təxminən 50% -i (33 022) ölkənin San-Paulu, Rio-de-Janeyro, Espiritu Santu və Minas Jerays ştatlarının yerləşdiyi Cənub-Şərq bölgəsində aşkar edilib.

Son xəbərlər

Orphus sistemi