Braziliyada koronavirusdan ölənlərin sayı 2 mini ötdü

Braziliyada koronavirusdan ölənlərin sayı 2 mini ötdü Braziliyada ötən sutkada 217 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
18 Aprel , 2020 11:21
Braziliyada koronavirusdan ölənlərin sayı 2 mini ötdü

Braziliyada ötən sutkada 217 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Cənubi Amerika ölkəsində koronavirusdan ölənlərin sayı 2 141-ə yüksəlib.

Ölkədə indiyədək 33 682 nəfərdə koronavirus aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 330 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi