Braziliyada koronavirusa yoluxanların sayı 9 milyonu ötüb

Braziliyada koronavirusa yoluxanların sayı 9 milyonu ötüb Braziliyada son 24 saat ərzində daha 61 811 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiq edilib.
Digər ölkələr
29 Yanvar , 2021 02:16
Braziliyada koronavirusa yoluxanların sayı 9 milyonu ötüb

Braziliyada son 24 saat ərzində daha 61 811 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiq edilib.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, indiyədək Braziliyada yeni növ koronavirus infeksiyasına ümumilikdə 9 058 687 nəfər yoluxub.

Bu müddət ərzində 221 547 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1 386 nəfər olub.

Bundan başqa, 7 923 794 xəstə müalicə olunaraq sağalıb, 913 346 pasiyent isə həkim nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi