Braziliyada koronavirusa yoluxanların sayı 20 mini ötdü

Braziliyada koronavirusa yoluxanların sayı 20 mini ötdü Braziliyada koronavirus qurbanlarının sayı 1 124 nəfərə çatıb.
Digər ölkələr
12 Aprel , 2020 05:51
Braziliyada koronavirusa yoluxanların sayı 20 mini ötdü

Braziliyada koronavirus qurbanlarının sayı 1 124 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, COVD-19 infeksiyasına yoluxanların sayı 20 min nəfəri ötüb.

Son bir gün ərzində Braziliyada koronavirusa 1 089 yeni yoluxma qeydə alınıb. Ölkənin xəstəxanalarında müalicə edilən 20 727 nəfər sağalıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi