Braziliyada koronavirus xəstələrinin sayı 2,4 milyonu ötdü

Braziliyada koronavirus xəstələrinin sayı 2,4 milyonu ötdü Koronavirus infeksiyasının yayılması ərzində Braziliyada həkimlər COVID-19-a 2 419091 yoluxma aşkarlayıb.
Digər ölkələr
27 İyul , 2020 03:56
Braziliyada koronavirus xəstələrinin sayı 2,4 milyonu ötdü

Koronavirus infeksiyasının yayılması ərzində Braziliyada həkimlər COVID-19-a 2 419 091 yoluxma aşkarlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkədə təhlükəli infeksiyadan ümumilikdə 87 004 nəfər ölüb.

Bildirilir ki, son sutkada 24 578 yeni yoluxma qeydə alınıb, daha 555 nəfər virusun qurbanı olub. Bununla yanaşı, virusa yoluxmuş 1,63 milyondan çox insan sağalıb.

Son xəbərlər

Orphus sistemi