Braziliyada koronavirus qurbanlarının sayı 39 mini ötdü

Braziliyada koronavirus qurbanlarının sayı 39 mini ötdü Braziliyada bir gün ərzində koronavirus pasiyentləri arasında 1 274 ölüm hadisəsi qeydə alınıb.
Digər ölkələr
11 İyun , 2020 03:08
Braziliyada koronavirus qurbanlarının sayı 39 mini ötdü

Braziliyada bir gün ərzində koronavirus pasiyentləri arasında 1 274 ölüm hadisəsi qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da pandemiya qurbanların ümumi sayı 39 680 nəfərə çatıb.

Məlumata görə, ölkədə ötən 24 saat ərzində COVID-19-a demək olar, 33 min yeni yoluxma halı aşkarlanıb. Bununla da koronavirus pasiyentlərinin ümumi sayı 772 416 nəfərə çatıb.

Həkimlərin məlumatına görə, Braziliyada koronavirusa yoluxmuş 325 mindən çox pasiyent sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi