​Braziliyada kimyəvi maddələr anbarında partlayış olub, 60 nəfər xəsarət alıb

​Braziliyada kimyəvi maddələr anbarında partlayış olub, 60 nəfər xəsarət alıb Yanğın 16 konteyneri əhatə edib
Digər ölkələr
15 Yanvar , 2016 14:25
​Braziliyada kimyəvi maddələr anbarında partlayış olub, 60 nəfər xəsarət alıb

Bakı.15 yanvar. REPORT.AZ/ Braziliyanın Santus liman şəhərində kimyəvi maddələr olan anbarda baş verən partlayış nəticəsində 60-dan çox sakin xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, yanğın 16 konteyneri əhatə edib.

Anbarın ətrafındakı yaşayış evlərinin sakinləri təxliyyə edilib. Şəhər sakinlərinə evlərini tərk etməmək məsləhət görülüb. Çünki yağış zamanı kimyəvi elementlər onların dərilərini yandıra bilər. Göz ağrıları və tənəffüs sistemindəki ağırlaşması diaqnozu ilə 60-dan çox sakin xəstəxanaya yerləşdirilib.

Partlayışın baş verməsinə səbəb kimi kimyəvi turşunun dezinfeksiyaedici maddə ilə anbarda bir-birinə qarışması göstərilib.

Qeyd edək ki, Santus Brazilyanın başlıca limanlarından biridir. 

Son xəbərlər

Orphus sistemi