Braziliyada keçirilmiş xüsusi əməliyyatın gedişində 6 nəfər öldürülüb

Braziliyada keçirilmiş xüsusi əməliyyatın gedişində 6 nəfər öldürülüb Bakı. 31 yanvar. REPORT.AZ/ Braziliyada polisin keçirdiyi xüsusi əməliyyatın gedişində 6 nəfər öldürülüb.
Digər ölkələr
31 yanvar 2018 02:49
Braziliyada keçirilmiş xüsusi əməliyyatın gedişində 6 nəfər öldürülüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Braziliyada polisin keçirdiyi xüsusi əməliyyatın gedişində 6 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Məlumata görə, əməliyyat Rio-de-Janeyroda, təhlükəli hesab edilən küçələrdə - "favela"da keçirilib. Bu zaman dörd təhlükəli küçədə quldurlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub.

Atışma zamanı qrup cinayətin təşkilində şübhəli bilinən 5 şübhəli öldürülüb. Silahlı qarşıdurma zamanı həmçinin 1 polis əməkdaşı da həlak olub.

Son xəbərlər

Orphus sistemi