Bakı. 17 fevral. REPORT.AZ/ Braziliya hakimiyyəti ölkə tarixində ilk dəfə olaraq robusta qəhvəsinin idxalına icazə verib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Qəhvə Departamentinin direktoru Silvio Farnesiyə istinadən "Reuters" məlumat yayıb.
Xaricdən qəhvə alınmasına icazə Braziliyanın Xarici Ticarət Palatası (CAMEX) tərəfindən verilib.
Bu növ qəhvənin ölkəyə məhdud sayda idxalı yaxın vaxtlarda Vyetnamdan başlaya bilər.
Braziliya dünyanın iri qəhvə istehsalçısı və ixracatçısıdır. 2016-cı ildə ölkədə quraqlıq səbəbindən məhsuldarlıq aşağı düşüb.