Braziliyada həbsxanadan qaçış zamanı 21 nəfər ölüb

Braziliyada həbsxanadan qaçış zamanı 21 nəfər ölüb Cinayətkarlarla mühafizəçilər arasında atışma olub
Digər ölkələr
11 Aprel , 2018 04:58
Braziliyada həbsxanadan qaçış zamanı 21 nəfər ölüb

Bakı. 11 aprel. REPORT.AZ/ Braziliyanın Belen şəhərindəki Santa-İzabel həbsxanasından qaçmağa cəhd zamanı 21 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli hökumətə istinadən "Globo" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə qurbanlarından biri həbsxana gözətçisi olub.

Telekanalın məlumatına görə, 15 nəfərdən ibarət silahlı qrup islah müəssisəsinə hücüm təşkil edib.

Cinayətkarlar dustaqların qaçmasına kömək etmək üçün əldəqayırma partlayıcı maddələr hesabına həbsxana ərazisini əhatə edən divarlardan birini partlatmaq istəyiblər.

İslah müəssisəsinin mühafizəçiləri qaçışın qarşısını almaq üçün odlu silahdan istifadə etmək məcburiyyətində qalıblar. Cavab olaraq canilər də onları atəşə tutublar.

Son xəbərlər

Orphus sistemi