Braziliyada həbsxanadan 91 məhkum qaçıb

Braziliyada həbsxanadan 91 məhkum qaçıb Digər məhkumlar isə nəzarətçilərin diqqətini yayındırmaq üçün həbsxananın içində qarışıqlıq yaradıblar
Digər ölkələr
26 May , 2017 06:09
Braziliyada həbsxanadan 91 məhkum qaçıb
Courtesy İmage

Bakı. 26 may. REPORT.AZ/ Braziliyanın şimalındakı Riu-Qrandi-du-Norti ştatında yerləşən həbsxanadan 91 məhkum qaçıb.

"Report"un məlumatına görə, bu barədə "Telesur" telekanalı məlumat yayıb.

Məlumata görə, məhkumlar dan yeri ağararkən 30-40 metrlik tunellə həbsxanadan qaçıblar. Digər məhkumlar isə nəzarətçilərin diqqətini yayındırmaq üçün həbsxananın içində qarışıqlıq yaradıblar.

Təhlükəsizlik qüvvələri Paraiba və Riu-Qrandi-du-Norti ştatları ilə sərhəddəki 36 şəhərdə məhkumların axtarışı əməliyyatına başlayıblar. Onlar qaçanlardan 8-ini tutublar.

Həbsxananın rəhbərliyi bildirib ki, məhbusların qaçmasından sonra əraziyə iki avtomobil və motosiklet gəlib. Məhkumlar mülki forma geyinməyə müvəffəq olublar.

Xatırladaq ki, bu ilin yanvarında həmin həbsxanadan 14 məhkum qaçıb.

Son xəbərlər

Orphus sistemi