Braziliyada həbsxanada çıxan yeni qarşıdurmada azı 4 məhbus ölüb

Braziliyada həbsxanada çıxan yeni qarşıdurmada azı 4 məhbus ölüb "Vidal Pesson" həbsxanasındakı qarşıdurmalarda ölənlərdən üçünün başı kəsilib, biri isə boğulub
Digər ölkələr
9 Yanvar , 2017 09:41
Braziliyada həbsxanada çıxan yeni qarşıdurmada azı 4 məhbus ölüb

Bakı. 9 yanvar. REPORT.AZ/ Braziliyanın Manaus şəhərindəki həbsxanada rəqib cinayətkar dəstə üzvləri arasında çıxan yeni qarşıdurmada azı 4 məhbus ölüb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Amazonas ştatının rəhbərliyi bildirib ki, Manaus şəhərinin mərkəzindəki "Vidal Pesson" həbsxanasındakı qarşıdurmalarda ölənlərdən üçünün başı kəsilib, biri isə boğulub.

Ümumiyyətlə, Braziliyada ötən həftə ərzində təxminən 100 məhbus ölüb.

Bir neçə gün əvvəl - yanvarın 6-da qonşu Rorayma ştatında həbsxanada iğtişaşlar zamanı 33 nəfər həlak olub. Orada da bir neçə nəfərin başı kəsilib.

Qeyd edək ki, Braziliya məhbusların sayına görə, dünyada ABŞ, Çin və Rusiyadan sonra dördüncü yeri tutur. Ölkənin həbsxanalarında ümumilikdə təxminən 600 min nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi